Çingiz Mustafayevin sürprizi -  FOTO

Bu gün gənc və gitaralı müğənni Çingiz Mustafayevin solo konsertidir. SİA-nın məlumatına görə, müğənni bu konsertdə çox hazırlaşır.

"İlk" adlı konsertdə müğənni ilə birgə əməkdar artist Ədalət Şükürov, müğənnilər Rəhim Rəhimli, Röya Ayxan, Zamiq Hüseynov, Abbas Bağırov, Samira, "Klan-a-plan" qrupu, DJ-lər Çina, Ansar və Emin də iştirak edəcəklər.

Konsertdən öncə Çingiz mətbuat nümayəndələri ilə görüş keçirəcək. O, məhz bu gün ilk klipini və albomunu da təqdim edəcək.

Məlumata görə, müğənni hər kəs üçün sürpriz də hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə