“Youtube xəstəliyinə” tutulan müğənni Elşad Xosedən niyə uzaqlaşdı?
Bir müddət öncə sözləri Leyliyə, musiqisi isə Pərviz Mahmudova məxsus "İzlər" mahnısını tamaşaçılara təqdim edən gənc müğənni Günay İbrahimli yeniliklər üzərində çalışır. Müğənnin mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, Günayın yaradıcılığına böyük təkan verən reper Elşad Xose ilə "Yadına Salma" dueti yeni formatda tamaşaçılara nümayış olunacaq. Belə ki, Günay sözügedən mahnını indi tək ifa edir. Özü də Günay mahnını ilk olaraq bəzi həmkarları kimi "Youtube" internet səhifəsində yerləşdirib.
Onu da qeyd edək ki, müğənni "İzlər" mahnısının remix versiyasını da hazırlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB