Emma Ələkbərzadənin yaradıcılığında “Azərbaycan” mahnısı yer alıb

Emma Ələkbərzadənin yaradıcılığında “Azərbaycan” mahnısı yer alıb

Azərbaycanın tanınmış müğənnisi Elmira Ələkbərzadənin repertuarında yenilik var. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, onun yeni mahnısının adı "Azərbaycan"dır: "Ən yaxın zamanda yeni mahnını təqdim edəcəm. Mahnının özəlliklərindən danışmayacağam. Ancaq onu deyə bilərəm ki, ifa tezliklə çox seviləcək. Çünki əla mahnıdır. "Azərbaycan" mahnısının iki müəllifi var. Biri Moskvada yaşayan Aleks Ten, digəri isə bakılı Emin Əhmədovdur. Mahnı yaxın zamanlarda dinləyicilərə təqdim olunacaq".

Yeni mahnının klip çəkilişlərinə gəlincə isə müğənni hələ bu barədə düşünmədiyini deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə