Namiq Qaracuxurlu: “Mən artıq heç bir xanıma gözəl deyə bilmirəm” - AÇIQLAMA

Namiq Qaracuxurlu: “Mən artıq heç bir xanıma gözəl deyə bilmirəm” - AÇIQLAMA

Azərbaycanın tanınmış meyxana ustası Namiq Qaraçuxurlu bir vaxtlar xalq artisti Aygün Kazımova ilə sevgi münasibətlərində olsalar da onların yolları artıq ayrılıb. Lakin Namiqin zövqü tək Aygün Kazımova üzərində dayanmayıb. SİA-ya danışan meyxanaçı xanımları tənqid etdi: "Bu sözü bir neçə dəfə demişəm. Mən artıq heç bir xanıma gözəl deyə bilmirəm. Xanımda təbiiliyi, şirinliyi sevirəm. İndiki qadınların hamısı qaşlarına tatuaj, üzlərinə botoks vurdururlar, dodaqlarını böyüdürlər və nəticədə hamısı da bir-birinə bənzəyir. İlk dəfə səhnəyə çıxır, deyirsən, yaraşıqlı, gözəl xanımdır. Üstündən 1 ay keçir, görürsən ki, yox, o, tamamilə dəyişilib. İndi nadir hallarda gözəl, cazibəli xanım tapmaq olar".

Heç kimi bəyənməyən meyxana ustası xeyli fikrə getdikdən sonra 3 xanım müğənnin adını açıqladı: "Aysel Teymurzadə çox gözəl, cazibədar xanımdır, Aygün Kazımova da gözəldir. Bir xanım da var, oda müğənnidir. Ancaq əfsuslar olsun ki, adını yadıma sala bilmirəm. O da çox gözəl idi (gülür)\".

Bütün xəbərlər Facebook səhifəmizdə