Azərbaycanlı müğənnilər sağlam həyat tərzini təbliğ edirlər- FOTOSESSİYA

Azərbaycanlı müğənnilər sağlam həyat tərzini təbliğ edirlər- FOTOSESSİYA

Dünən Göyçay rayonunda "Gənclərin sağlamlığı" mövzusunda festival keçirilib. Bu barədə SİA-ya tədbirdə iştirak edən müğənni Roza Zərgərli məlumat verib.

Onun sözlərinə görə, festival Gənclər və İdman Nazirliyi və İctimai Televiziyanın təşkilatçılığı ilə baş tutub. Festivala QİÇS-lə mübarizə təşkilatı da qoşulub.

Festivalda Roza Zərgərli ilə yanaşı Nura Suri, Sevda Yahyayeva, Günay İbrahimli, Teymur Əmrah, Samir Cavadzadə, "Kristal", "Xan" qrupları da iştirak edib.

Tədbirdə Ağdaş, Ağsu, Şirvan, Hacıqabul, Kürdamirdən gələn idmançılar da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə