Tanınmış müğənni Ayan Babakişiyeva da bəzi həmkarlarından geri qalmır. SİA-ya açıqlama verən müğənni sosial şəbəkələrə olan marağından söz açdı: "Facebook"da varam. Ancaq heç də aktiv istifadəçi deyiləm, çünki vaxtım yoxdur. Profilimə ayda bir dəfə girərəm, ya girmərəm... Onu da deyim ki, orada gələn bəzi məktublardan elə yorulmuşam. Bəzən aralarında sərhədi aşan məktublar da olur. Amma qeyd etmək lazımdır ki, hansısa məlumatı \"Facebook\"-dan daha tez bilmək olur".
Müğənni həmçinin internet asılılığından da danışdı: "Mən yox, ancaq deyəsən, qardaşım Samir bu xəstəlikdən əziyyət çəkir. Onu internetdən ayıra bilmirik. Mən isə internetdə çox oturub xəstəsi olmaq istəmirəm. Düşünürəm ki, internetdən səmərəli istifadə etmək lazımdır. Məsələn, maraqlı əsərlərin oxunması və ya ölkədə və dünyada baş verən yenilikləri xəbər portallarından oxumaq kimi. Amma sizə deyim ki, xarici ölkələrin gəncləri bizimkilərlə müqayisədə internetdən daha çox təhsilləri və maariflənmələri üçün istifadə edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB