Gənc müğənninin şou-biznesə gəlişi: “Vay-vay”

Gənc müğənninin şou-biznesə gəlişi: “Vay-vay”

Ötən gün gənc müğənni Fərhad Əkbərov "Vay-vay" deyib media qarşısına çıxdı. SİA-nın məlumatına görə, müğənni "Vay-vay" adlı klipini mətbuat nümayəndələrinə təqdim edib. Musiqisi "Sevən ürəklər" qrupuna aid olan mahnıya klipi də elə qrupunun üzvü Nicat Zeynalov ekranlaşdırıb.


Mətbuat konfransında klipin rejissoru Nicat da iştirak edib. Fərhadın ifa etdiyi "Vay-vay" mahnısı ritmik musiqi üzərində hazırlanıb. Nəzərə alsaq ki, yay mövsüsündə daha çox ritmik, diskoteka mahnılarına tələbat yaranır, onda bu mahnının populyar olacağına şübhə etmirik.


Düzdür, Fərhad hələ ki, şou-biznesdə o qədər məşhur olmasa da səsinin sorağı tez bir zamanda populyarlığa zəmin yaradır. Yeri gəlmişkən Fərhad "Azəristar" müsabiqəsinin iştirakçılarından olub. Müsabiqə boyu isə münsiflər heyətindən tanınmış bəstəkar Faiq Sücəddinov, xalq artisti Yaşar Nuri gənc müğənniyə dəstək olublar.


Fərhad bu yaxınlarda hərbi xidmətə yola düşür. Vətən borcunu verdikdən sonra isə Fərhad üzərində çalışdığı layihələrini reallaşdırmağa qərar verib.


Təqdim olunan klipə gəlincə isə "Vay-Vay" estetik baxımdan səliqəli və baxımlı idi. Gənc müğənninin yeni klipi müasir klip bazarı üçün maraq doğuran ekran əsəri kimi diqqəti çəkib. Çünki klipin temporitmi, musiqinin ritmi ilə ahəng təşkil edirdi. Elə Fərhad da klipdə aktyor imkanlarını da göstərə bilib. Bir sözlə Fərhadın təqdim etdiyi "Vay-vay" bir çox populyar müğənnilərimizin 5 minə çəkdirdikləri kliplərdən heç də geri qalmırdı. Təbii ki, burada Nicatın rejissor əməyini də nəzərə almaq lazımdır. Hesab edirik ki, ilk layihə olaraq təqdim olunan "Vay-vay" Fərhada popuylarlıq gətirəcək və bu onun səhnə çıxışı üçün vizit kartı hesab oluna bilər.


Mətbuat konfransında Səbinə xanım da iştirak edirdi. Səbinə xanım da Fərhadın repertuar seçimində bir müəllim olaraq ona dəstək olmağa çalışır. Məlumat üçün onu da qeyd edək ki, söhbət "Evrovision" qalibimiz Eldarın vaxtilə müəlliməsi olan Səbinə xanımdan gedir. Milli seçim turlarının son günlərinə qədər Səbinə xanım Eldarı tək qoymasa da Eldar \"Eurovision\" qalibi olduqdan sonra bir dəfə də Səbinə xanımla əlaqə saxlamayıb.


Səbinə xanım da çıxışında Fərhadın istedadlı bir gənc olduğunu və ona inandığını dilə gətirdi.


Fərhad mətbuat konfransında gələcək planları barədə də qısa məlumat verib. Məlum oldu ki, gənc müğənni bəstəkar Xanım İsmayılqızı ilə işbirliyinə başlayıb. Xanım İsmayılqızının mahnılarından birini lentə aldırmağa hazırlaşan Fərhad çox güman ki, hərbi xidmətdən qayıtdıqdan sonra həmin mahnıya da klip çəkdirəcək.

Ötən gün gənc müğənni Fərhad Əkbərov "Vay-vay" deyib media qarşısına çıxdı. SİA-nın məlumatına görə, müğənni "Vay-vay" adlı klipini mətbuat nümayəndələrinə təqdim edib. Musiqisi "Sevən ürəklər" qrupuna aid olan mahnıya klipi də elə qrupunun üzvü Nicat Zeynalov ekranlaşdırıb.

Mətbuat konfransında klipin rejissoru Nicat da iştirak edib. Fərhadın ifa etdiyi "Vay-vay" mahnısı ritmik musiqi üzərində hazırlanıb. Nəzərə alsaq ki, yay mövsüsündə daha çox ritmik, diskoteka mahnılarına tələbat yaranır, onda bu mahnının popuyar olacağına şübhə etmirik.

Düzdür, Fərhad hələ ki, şou-biznesdə o qədər məhşur olmasa da səsinin sorağı tez bir zamanda populyarlığa zəmin yaradır. Yeri gəlmişkən Fərhad "Azəristar" müsabiqəsinin iştirakçılarından olub. Müsabiqə boyu isə münsiflər heyətindən tanınmış bəstəkar Faiq Sücəddinov, xalq artisti Yaşar Nuri gənc müğənniyə dəstək olublar.

Fərhad bu yaxınlarda hərbi xidmətə yola düşür. Vətən borcunu verdikdən sonra isə Fərhad üzərində çalışdığı layihələrini reallaşdırmağa qərar verib.

Təqdim olunan klipə gəlincə isə "Vay–Vay" estetik baxımdan səliqəli və baxımlı idi. Gənc müğənninin yeni klipi müasir klip bazarı üçün maraq doğuran ekran əsəri kimi diqqəti çəkib. Çünki klipin temporitmi, musiqinin ritmi ilə ahəg təşkil edirdi. Elə Fərhad da klipdə aktyor imkanlarını da göstərə bilib. Bir sözlə Fərhadın təqdim etdiyi "Vay-vay" bir çox populyar müğənnilərimizin 5 minə çəkdirdikləri kliplərdən heç də geri qalmırdı. Təbii ki, burada Nicatın rejissor əməyini də nəzərə almaq lazımdır. Hesab edirik ki, ilk layihə olaraq təqdim olunan "Vay-vay" Fərhada popuylarlıq gətirəcək və bu onun səhnə çıxışı üçün vizit kartı hesab oluna bilər.

Mətbuat konfransında Səbinə xanım da iştirak edirdi. Səbinə xanım da Fərhadın repertuar seçimində bir müəllim olaraq ona dəsətək olmağa çalışır. Məlumat üçün onu da qeyd edək ki, söhbət "Evrovision" qalibimiz Eldarın vaxtilə müəlliməsi olan Səbinə xanımdan gedir. Milli seçim turlarının son günlərinə qədər Səbinə xanım Eldarı tək qoymasa da Eldar \"Eurovision\" qalibi olduqdan sonra bir dəfə də Səbinə xanımla əlaqə saxlamayıb.

Səbinə xanım da çıxışında Fərhadın istedadlı bir gənc olduğunu və ona inandığını dilə gətirdi.

Fərhad mətbuat konfransında gələcək planları barədə də qısa məlumat verib. Məlum oldu ki, gənc müğənni bəstəkar Xanım İsmayılqızı ilə işbirliyinə başlayıb. Xanım İsmayılqızının mahnılarından birini lentə aldırmağa hazırlaşan Fərhad çox güman ki, hərbi xidmətdən qayıtdıqdan sonra həmin mahnıya da klip çəkdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə