Meyxanaçı Vüqar yeni klipinə nə qədər pul xərcləyib?

Meyxanaçı Vüqar yeni klipinə nə qədər pul xərcləyib?

Tanınmış meyxanaçı Vüqar uzun fasilədən sonra yenidən yaradıcılıq işləri ilə məşğul olmağa başlayıb. SİA-ya məlumat verən meyxanaçının sözlərinə görə, o, yeni klip çəkdirib. Hər zaman kliplərində vətənpərvərliyə üstünlük verən Vüqarın bu dəfəki işi isə paytaxt Bakıdan bəhs edir.

Mayıl Kərəmbəylinin rejissoru olduğu klipdə şəhərin görməli yerləri əks olunub.

Meyxanaçı yeni klipinin qiymətini sirr saxlamaq istəsə də bu baş tutmadı. Məlum oldu ki, yeni klip Vüqara 10 min manatdan baha başa gəlib.

Qeyd edək ki, klip artıq təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə