“Bu da \"14 bilet satıldı\" deyənlərə cavab!”- FOTOSESSİYA

“Bu da \"14 bilet satıldı\" deyənlərə cavab!”- FOTOSESSİYA

Bir neçə gün öncə NEOLİT restoranında gənc müğənni Sevda Yahyayevanın solo konserti baş tutub. SİA-nın məlumatına görə, konsert proqramından öncə müğənni jurnalistlərə açıqlamasında ilkin təəssüratlarını bölüşüb: "Konsertimə kölgə salmaq istəyənlər çox oldu. Amma onların bu "jesti" baş tutmadı. İndi çox həyəcanlıyam, konsertə gələn insanları görüncə bir anlıq ürəyimdə qorxu və həyəcan yarandı. Kənardan baxanda təxminən 700 nəfəri görmək olardı. Bəlkə də deyilə bilər ki, 700 nəfər nədir ki? Amma restoranda keçirilən solo konsert üçün bu çox böyük rəqəmdir".

Müğənni rəqs qrupunu ilə birlikdə səhnəyə çıxıb və sinxron rəqslər edərək \"Hərəkətsiz Sevda\" adından birdəfəlik imtina edib. Mərasimin aparıcı aparıcısı Murad Arif idi. Səhnədə Sevdanı Dj Çina da müşayiət edib.
Sevda iki saatlıq proqramla çıxış edib. Populyar müğənnini təbrik etmək üçün bir neçə sənətçi də orada iştirak edib. Onlardan biri xəstə yatağından ayağa qalxıb gələn Rəhim Rəhimli olub. Konsertə gələnlər arasında Elza Seyidcahan və İzzət Bağırovu da görmək olardı.

Konsertin biletləri 50-80 manat məbləğində olsa da, restoranın qarşısında toplaşan biletsiz insanlar hər biri 100 manat ödəyərək, içəri daxil oldular.

Konsertin sonunda müğənninin və eyni zamanda konsertin prodüseri Pərviz Əsgərov biletlərin bəzisinin 100 manata satıldığını təsdiqləyib: "Restorana gələn bəzi qonaqları geri qaytarmamaq üçün yeni stollar açılıb. Biletlərin qiyməti isə 100 manata kimi qaldırılmışdı. Bu da \"14 bilet satıldı\" deyənlərə cavab!"

Qeyd edək ki, Pərviz artıq bir neçə aydır Sevda ilə çalışır. Baxmayaraq ki, onların da iş birliyinə şübhə ilə yanaşanlar az deyildi. Ancaq bu gün Sevda Yahyayeva bir çox yeniliklərinə görə, məhz Pərviz Əsgərova minnədarlıq bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə