Günel Ələkbərova qərib ölkədə nələr edib? - - FOTO

Günel Ələkbərova qərib ölkədə nələr edib? - - FOTO

Namibiyada keçirilən "Ekstrim" layihəsi başa çatıb. 12 nəfər - müğənnilərdən Aygün Kazımova, Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, Nurlan Əzizbəyli, \"Kristal\" qrupunun eks solisti Lalə, türkiyəli prodüser Kemal Cenk İçten, \"Dəyirman\" rep-qrupunun üzvü Malik, teleaparıcı Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, model Xanım Manafzadə və iş adamı Dəyanət İsmayılovun artıq neçə gündür Bakıya dönüblər.

SİA-ya açıqlama verən iştirakçı Günel Ələkbərova orada başına gələnlərdən söz açdı: "3 təyyarə dəyişərək 18 saatlıq yol getmişdik. Bununla bərabər, hava limanında gözləmişik. Dubaya, oradan da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinə yollandıq. Sonra da Namibiyaya yola düşdük. Getdiyimiz yer cəngəllik idi. Oraya gedənə kimi çadırlarımız artıq qurulmuşdu. Öncə çadırların elə-belə qurulduğunu sanıb orada qalmayacağımızı düşünürdük. Ancaq konsertimiz bitdikdən sonra məlum oldu ki, bu çadırlarda yaşayacağıq.
Çadırın vəziyyəti elə gündə idi ki, orada uzanıb yatmaq belə mümkün deyildi. İlk olaraq bunun zarafat olduğunu düşündüm. Lakin sonra doğru olduğunu görəndə çox təəccübləndim. Həmin çadırda 13 gün yaşamalı olduq. Ən maraqlısı da o oldu ki, çamadanım 1 həftədən sonra gəldi. Yarışmanın qaydalarına görə 1 nəfərin səhvininin acısını bütün heyət çəkməli idi. Yarışma zamanı çox yorulurduq. Amma çox sevinirəm ki, gedib çıxdıq ora".

Günel yadında qalan ən maraqlı məqamlardan da söz açdı: "Komandamızın iştirakçılarının birinin çadırından su çıxdığına görə də bütün heyəti cəzalandırdılar. Həmin günü bizə yemək verilmədi. Orada münaqişə, davalar yaşanırdı. Prodüserimiz Sənanla davalarımız isə lap çox olurdu. Bunu indi etiraf edim ki, orada olarkən Afrika mahnısını oxuya-oxuya mətbəxə girirdim və zənci xanımların başını qatıb soyuducudan yemək oğurlayırdım. Çünki ac qala bilmirəm, qan təzyiqi ilə bağlı orqanizmimdə problemlər var. Hətta yadımdadır ki, qalib gələndən sonra bizə verilmiş içkini ağacın dibində gizlətmişdim".

Bütün xəbərlər Facebook səhifəmizdə