Eldar və Nigarın şərəfinə ziyafət təşkil olunub-FOTOSESSİYA

Eldar və Nigarın şərəfinə ziyafət təşkil olunub-FOTOSESSİYA

Dünən Moskvada "Eurovision-2011" qalibləri Eldar Qasımov və Nigar Camal üçün möhtəşəm əyləncəli mərasim keçirilib. SİA-nın məlumatına görə, bu xəbər Rusiya mətbuatında geniş yer alıb.

Müğənnnilərimizi təbrik etmək üçün təşrif buyuran məşhurlar sırasıda Filipp Kirkorov, Diana Qurdskaya, Oksana Födorova, Katya Lel və mərasimi təşkil edən həmyerlilərimiz müğənni Emin Ağalarov və atası Araz Ağalarov da iştirak ediblər.

Mərasim məqsədə uyğun məkanda, Bakı mətbəxindən ibarət olan "Zəffəran" restoranında baş tutub.

Mərasim başlamazdan öncə qaliblərimiz mini-mətbuat konfransında iştirak ediblər. Onlar konfransda bir daha əldə etdikləri qalibiyyətdən söz açaraq xoşbəxt olduqlarını qeyd ediblər: "Bu bizim üçün böyük şərəfdir. Müsabiqənin Azərbaycanda başlamasını böyük səbirsizliklə gözləyirik"-deyə Ell& Nikki bildirib.

Qonaqlar yığışandan sonra Eldar və Nigar bütün dünyanı heyrətə gətirən "Running Scared" mahnısı ifa ediblər. Eldar və Nigardan sonra səhnəyə müğənni Emin Ağalarov da çıxıb. O, 30 dəqiqəlik konsert proqramı ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə