Məşhur müğənni Azərbaycanda konsert verəcək

Məşhur müğənni Azərbaycanda konsert verəcək

Rusiya estradasının ən məşhur və cazibədar qrupu hesab olunan "Via Qra"-nın eks solistlərindən biri Vera Brejneva Bakıya gəlir. SİA-nın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Məlumatda bildirilir ki, Vera Bakıya tək gəlmir. O, musiqiçi Dan Balanla birgə paytaxtda konsert verəcək.

"Lepestkamı slöz" adlı konsert 15 iyul tarixində paytaxt restoranlarının birində baş tutacaq. Konsertdə Veranın yeni mahnıları ilə yanaşı, "Via-Qra"nın köhnə mahnıları da səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə