Ərindən boşanan məşhur müğənni ana oldu-FOTO

Ərindən boşanan məşhur müğənni ana oldu-FOTO

Dünən dünyaca məşhur pop-rep ifaçısı Pink ana olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni Los-Ancelesdə yerləşən özəl klinikalarının birində qız uşağı dünyaya gətirib: "Biz çox xoşbəxtik ki, belə gözəl və sağlam qızımız olub. Uillou Keri Xart adlı qızımız atası kimi yaraşıqlıdır və möhtəşəmdir"-deyə müğənni bildirib.

Qeyd edək ki, yeni doğulan qızın atası ilə Pink bir zamanlar evli olub. Boşandıqdan sonra isə onlar ayrı qala bilmədiklərini anlayıblar. Yenidən bir yerdə yaşayan cütlüyun ilk övladı dünyaya gəlib.

Pink daha öncə ailəli olsa da ilk dəfədir ana olur.

Bütün xəbərlər Facebook səhifəmizdə