Əqli cəhətdən zəif olan uşaqlar üçün şou-proqram təşkil olunub-FOTOSESSİYA

Əqli cəhətdən zəif olan uşaqlar üçün şou-proqram təşkil olunub-FOTOSESSİYA

Dünən "Bay İstanbul Palace"-da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və Ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunan "Zirvə" adlı konsert keçirilib. ENES.F prodakşının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan konsertdə 3 saylı əqli cəhətdən zəif uşaq evinin sakinləri üçün ziyafət təşkil olunub. Kimsəsiz uşaqlar həm konsertə baxıb, həm də onlar üçün hazırlanan xüsusi yeməklərdən dadıblar. "Zirvə" layihəsinin həyata keçirilməsində TİVİ MMC, \"Bay İstanbul Palace\", \"ENES prodakşn\", \"Qreys Beatuful\" kompleks maddi dəstəyini əsirgəməyib.

Qeyd edək ki, xalq artisti Firəngiz Mütəllibovanın aparıcısı olduğu gecədə bir çox tanınmış müğənnilərin iştirak ilə möhtəşəm konsert proqramı keçirilib.

Konsertdə Elnur, Ayaz, Niyam Səlami, Dəniz, Nərgiz, Murad Sadıx, Nüşabə Ələsgərli və başqa məşhur simalar var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə