Gitaralı müğənnimiz solo konsertə hazırlaşır

Gitaralı müğənnimiz solo konsertə hazırlaşır
11 iyun tarixində ‘\'Metkarting\'\' İdman və Əyləncə mərkəzində "Eurovision-2011" milli seçim turunun iştirakçısı Çingiz Mustafayevin solo konserti olacaq. SİA-ya açıqlama verən Çingizin sözlərinə görə, bu, onun ilk konsertidir.

Müğənni bildirib ki, konsertdə onun ilk klipinin və albomunun da təqdimatı olacaq.

Bununla yanaşı konsertdə Azərbaycanın tanınmış müğənniləri Röya Ayxan, Ədalət Şükürov, Rəhim Rəhimli, Zamiq Hüseynov, Samirə, "Klan-a-Plan", Abbas Bağırov, məşhur DJ-lər Çina, Emin və başqaları iştirak edəcəklər.

Onu da qeyd edək ki, konsertdə "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə