Kadışevanın oğlu anasından oğurluq etməkdə ittiham olunur

Müğənni Nadejda Kadışevanın oğlu Qriqori “Qızıl üzük” ansamblının büdcəsindən pul oğurlamaqda ittiham olunub. Bu barədə “Malaxov” tok-şousunun efirində məlumat verilib. SİA xəbər verir ki, mənbənin sözlərinə görə, Qriqori Kostyuk “təşkilatçıların az pul ödədiyini” əsas gətirərək, Kadışevanın teatrından bir neçə dəfə müxtəlif məbləğlər götürüb.

Efirdə sənətçinin oğlunun oğurladığı bütün pulları lüks avtomobillərə və dəbdəbəli əşyalara xərclədiyini bildiriblər. Bundan əvvəl məlum olmuşdu ki, Nadejda Kadışevanın oğlu Qriqori insanları aldatmaqda ittiham olunur.

Tamaşaçılar müğənninin konsertinə gəncin borclarının ödənilməsini tələb edən plakatlarla gəlib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə