Amerikalı aktrisa Ember Hörd ikinci dəfə ana olub. SİA xəbər verir ki, o, bu barədə "Instagram" esabında paylaşım edib. O, əkiz övladları - Aqnes adlı bir qız və Ouşen adlı oğlanı dünyaya gətirdiyini bildirib. 39 yaşlı ulduz yeni doğulan uşaqların ayaqlarının fotosunu paylaşımına əlavə edib. "Bu il illər ərzində qurmaq üçün çox çalışdığım bir ailənin böyüməsini qeyd etməkdən çox şadam", - aktrisa deyib. O, yenidən ana olmasını həyatımın ən həyəcanlı təcrübəsi adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə