Olmadı elə, oldu belə, deyirəm, birdən qız qaçar aaa...

...Yenə də deyirəm, camaatın dərdi elə bil təkcə bizə qalıb..?

İndi də sual edirlər ki, niyə Bred Pitt neçə illərdir yanına salıb fırlat.., yox gəzdirdiyi İnes de Romana hələ üzük taxmayıb?..

Hətta həyəcanlananlar da var: birdən, iraq olsun, qız Bredi tərk edər aaa...

Deməli, SİA-nın o gün də xəbər verdiyi kimi, Ancelina Colidən ayrıldıqdan sonra Bred Pitt İnes de Romanla münasibət qurmağa başlayıb.

Amma aktyorun İnesdən razı olduğunu və ortaq gələcək gördüyünü vəd etməsinə baxmayaraq, qız hələ də evlilik təklifi almayıb.

Bredin ​​dediyinə görə, Ancelina Colidən ayrılmasına kömək edən və ona yenidən xoşbəxt olmağı öyrədən məhz İnes olub. Pitt dəfələrlə bildirmişdir ki, o, gələcəkdə inamını bərpa etdiyi üçün de Romana minnətdardır.

Ancaq indi evlənmək qorxusundan aktyor sevgilisini itirmək riski ilə üzləşir.

Bu barədə “In Touch” nəşri insayderə istinadən məlumat yayıb.

Mənbənin dediyi kimi, İnesin evlilik təklifi gözləməkdən az qala səbri tükənib. Qız sonsuza qədər gözləyəcəyinə söz vermədiyi üçün Pittlə uzun illər onunla qalmaq fikrində deyil və nəhayət ona evlilik təklif etməsini gözləyir.

...İnes normal ailə və uşaq istəyir. Eyni zamanda, o, başqa kişi ilə hər şeyi yenidən başlamaq üçün kifayət qədər gəncdir.

İnsayder hesab edir ki, Ines və Bredin münasibətləri indi təhlükəli vəziyyətdədir.

Məsələ burasındadır ki, aktyor filmə çəkilməyə Yeni Zelandiyaya gedib və o, bir aydan çox sevgilisinin yanında olmayacaq.

Eyni zamanda, onun nəzarəti olmadan qalan İnes, heç vaxt kişilərin öz şəxsiyyətinə diqqətinin olmamasından şikayət edə bilməzdi..?

...Deyirəm birdən...qaçar aaa...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə