Türkiyəli məşhur müğənni Hadisenin baş rolunu canlandırdığı qalmaqallı "Esas oğlan" serialının ikinci mövsümü ilə bağlı qərar verilib. SİA xəbər verir ki, serialın çəkilişləri ləğv edilib. Buna səbəb kimi layihənin gözlənilən reytinqi yığa bilməməsi göstərilib.
Qeyd edək ki, Hadise və rəfiqəsi, aktrisa Seda Bakanın serialdakı açıq-saçıq səhnələri müzakirə mövzusu olmuşdu. "Gain"də yayımlanan ekran işi dijital platformaların ən pis seriallarından biri hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə