…Nyuşa səhnə adı ilə çıxış edən rusiyalı müğənni Anna Şuroçkina açıq-saçıq geyimi ilə əndamını nümayiş etdirib. SİA-nın məlumatına görə, müvafiq nəşr onun İnstaqram hesabında yer alıb.
34 yaşlı müğənni yayımlanan fotoda qum və xurma ağacının fonunda kresloda oturaraq görünüb.
Ulduz əynində mikro şort, leopard desenli hündürdaban çəkmə və asimmetrik dekolteli ağ top geyinib.
Eyni zamanda sənətçi başına sarğı bağlayıb.
Aksessuar olaraq o, saat, böyük qolbaq və böyük üzük seçib. ...Aprelin əvvəlində Nyuşa şəffaf paltar geyinərək ictimaiyyət qarşısına çıxıb.
Belə ki, o, "Voice: Main Faces 2025" mükafatlandırma mərasiminə açıq-saçıq geyimdə qatılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə