4 ildir küsülü olan müğənnilər, Ülviyyə Namazova və Zenfira İbrahimova barışıb. SİA xəbər verir ki, barışıq "Space TV"də, "Tarixin bir günü" verilişində baş tutub. Zenfiradan küsdüyünü deyən Ülviyyə küsülülüyün səbəbini də açıqlayıb: "Mən Zenfiradan bərk incimişdim. Buna da səbəb bir toy üstündə düşən anlaşılmazlıq idi. Mənə beh verilmişdi, təyyarə biletim alınmışdı. O toyda Zenfira da var idi. Ev yiyəsi məni yığdı, dedi ki, Zenfira deyir ki, məndən başqa oxuyan olsa, mən gəlməyəcəyəm. Mən də buna görə incimişdim. Sonra məlum oldu ki, bunu ev yiyəsi özü elə deyib ki, toyda müğənni az olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə