Hande Erçel və Metin Akdülgerin baş rolunda çəkildiyi "İki dünya bir arzu" filmi bu gün çəkilşlərə start verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin hekayəsinin müəllifi Hande Erçeldir. Ssenari müəlifi Elçin Muslu, rejissoru Ketçe olan filmdə arxeoloq Can obrazını Metin Akdülger, hüquqşünas Bilgeni isə Hande Erçel canlandıracaq. Film uşaqlıqdan bu günə qədər bir çox sürprizlərlə dolu bir sevgi hekayəsindən bəhs edir.
Layihədə digər baş rolları Hüseyin Avni Danyal, İdil Fırat, Serkan Tınmaz, Rami Narin, Eylül Su Sapan, Didem İnselel, Erdal Bilingen, İpek Erdem, Nazlıcan Demir, İhsan İlhan, İlayda Orkut, Mert Ege Ak və Duygu Köse canlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə