Xəbər verdiyimiz kimi, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra boykot çağırışına dəstək verən aktrisa Aybüke Pusat TRT 1-in "Teşkilat” serialının heyətindən çıxarılmışdı. Daha sonra aktrisaya dəstək verən həmkarı və yaxın dostu Boran Kuzum da rol aldığı "Bir ruh macerası" serialından uzaqlaşdırılmışdı. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bir ruh macerası" serialın yeni bölümlərində Kuzumun rolunu kimin canlandıracağı məlum olub. İddialara görə aktyor Alper Saldıran "Bir ruh macerası" serialının heyətinə daxil olaraq Kuzumun canlandırdığı rola həyat verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə