13 yaş kiçik sevgilisi ilə evləndi - FOTO

Türkiyənin məşhur müğənnisi Berdan Mardini evlənib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı sənətçi 2 ildir birlikdə olduğu, özündən 13 yaş kiçik sevgilisi Dilara Talayla nikah masasına əyləşib.

Qeyd edək ki, bu Mardinin ikinci evliliyidir. O, 2010-cu ildə Fatoş adlı xanımla ailə qurub, lakin 2021-ci ildə boşanıb. Onun bu nikahdan Miran və Ezmira adlı iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə