Aktyor Jan-Klod Van Damm insan alverində ittiham olunur…

…Məşhur aktyor Jan-Klod Van Damm cinayət işi üzrə təqsirləndirilən şəxsə çevrilib.

SİA-nın məlumatına görə, Rumıniyanın Libertatea nəşri yazır ki, o, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla insan alveri şəbəkəsində iştirakda şübhəli bilinir.

İstintaq on il əvvəl Kannda aktyor tərəfindən istismar edildiyini iddia edən 26 yaşlı rumıniyalı qadının şikayətindən sonra başlayıb.

…O, tək olmadığını və qızların “aktyora verildiyini” və orada olanların nə baş verdiyini bildiyini söyləyib.

Zərərçəkənin vəkili Adrian Kukulis bildirib ki, sənətçi on il əvvəl Fransada olduğu müddətdə rumın əsilli beş qızın cinsi xidmətindən istifadə edib.

Vəkilin sözlərinə görə, Van Damma qarşı Rumıniya Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi açılıb. O, istismar olunan şəxsin xidmətlərindən istifadə etmək, cinayətkar birlik yaratmaq və insan alverində təqsirli bilinib.

…Hotnews portalının məlumatına görə, aktyor üçün qızları rumıniyalı sahibkar və model agentliyinin sahibi Morel Bolea seçib.

İstintaqın məlumatına görə, o, qızları “psixoloji məcburiyyətdən istifadə edərək cinsi istismar”la bağlı fəaliyyətlərə cəlb edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə