Volkan Konak həyat yoldaşına verdiyi sözü 30 il sonra tutmuşdu

Türkiyəli müğənni Volkan Konakın vəfatından sonra yaşadığı bəzi ağır günləri gündəmə gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 30 il öncə imkansızlıqdan toyu olmadan ailə qurub. Sənətçi həyat yoldaşına verdiyi "Pulum olanda sənin üçün toy edəcəyəm" sözünü illər sonra tutub. O, bir neçə il öncə 30 illik həyat yoldaşı ilə yenidən toy edib. Konakın vəfat etdiyini öyrənən həyat yoldaşı huşunu itirərək xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə