70 yaşlı müğənni "Dağınıq skleroz"a qalib gəldi

Türkiyəli müğənni Nükhet Duru illər əvvəl ona MS (Dağınıq Skleroz) diaqnozu qoyulduğunu və bu xəstəliyə qalib gəldiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni xəstəliyin ilkin dönəmlərində bu xəbəri aldığını və müalicəyə başladığını bildirib. O, xəstəliyə necə qalib gəlməsindən danışıb: "Mənim xəstəliyimin çox erkən yaşda diaqnozu qoyuldu və mən müalicəyə erkən başladım. O zaman xəstəliyin adını belə bilmirdim. Həkimlərin belə bu xəstəliyin dəqiq müalicəsindən o zaman xəbəri yox idi. Bunu bilmədən, instinktiv olaraq "yox, bundan əl çəkməyəcəyəm” dedim və üç addım atdım. Beləliklə hər dəfə addımlarımı artırdım və əl çubuğunu atdım".

Bütün xəbərlər Facebook səhifəmizdə