Larisa Dolina 112 milyonluq mənzilini geri aldı

Bir müddət öncə evini fırıldaqçılara güvənərək satdığını sanan Rusiyanın Xalq artisti Larisa Dolina dələduzluqla qarşılaşmışdı. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, Xalq artisti uzun sürən mübarizədən sonra paytaxtın mərkəzindəki 5 otaqlı mənzilini geri ala bilib. Bununla bağlı məhkəmə qərar qəbul edib.

Xatırladaq ki, hadisə 2024-cü ilin avqustunda baş vermişdi. Dolina fırıldaqçıların qurbanı olduğunu bildirərək məhkəməyə müraciət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə