ATV-nin məşhur serialı "Bir Gece Masalı"nda növbəti sürpriz ayrılıq yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, serialda Sevde obrazını canlandıran İrem Altuğ sosial media hesabından paylaşım edərək serialla vidalaşdığını açıqlayıb. Baş rollarda Burak Deniz və Su Burcu Yazgı Coşkunun yer aldığı "Bir Gece Masalı"nda ayrılıq küləkləri səngimək bilmir. Nəhayət Eren Vurdem "Selim" obrazı ilə serialla vidalaşdıqdan sonra serialda yeni bir ayrılıq yaşanır. Serialın sevilən personajları arasında yer alan və "Sevde" obrazını canlandıran İrem Altuğ sosial media hesabında paylaşdığı paylaşımla serialla vidalaşdığını açıqlayıb.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə