Nilufer mahnısına görə tənqid olundu

Məşhur türkiyəli müğənni Nilüfər yeni mahnı təqdim etmək istəyərkən qınağa səbəb olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, izləyiciləri Türkiyədə yaşanan hadisələrə görə sənətçinin mahnı təqdim etməsini qınaq atəşinə tutub. Sənətçi ona ünvanlanan "Mahnı çıxarmaq vaxtıdırmı?" kimi suallardan sonra açıqlama verib: "Vətən sevgimi, demokratiya anlayışımı, Cümhuriyyət və Atatürk prinsiplərinə sadiqliyimi kimsənin tənqid etməsinə icazə verməyəcəyəm” deyə o bildirib. Nilüfər mahnının təqdimatını bir həftə təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə