Azərbaycan “Avroviziya 2025”in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək. SİA xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb. Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə - İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digərləri çıxış edəcək. Xatırladaq ki, “Avroviziya 2025” mayın 13-də (birinci yarımfinal), 15-də (ikinci yarımfinal) və 17-də (final) İsveçrənin Bazel şəhərində keçiriləcək. Azərbaycan müsabiqədə "Run with U" mahnısı ilə təmsil olunacaq. Mahnının müəllifləri Həsən Heydər, Roman Zilianev və Asəf Mişiyevdir, ifaçı isə Mamagama qrupudur.
Bütün xəbərlər Facebook səhifəmizdə