Deniz Akkayanın qızına 10 ay həbs cəzası verilib

Türkiyəli model Deniz Akkayanın 16 yaşlı qızı Ayşe Önbilginə qarşı qaldırdığı işdə hökm çıxarılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Önbilgini anasına qarşı zorakılıq və onun azadlığını məhdudlaşdırdığı üçün 2 il müddətinə azadlıqdan məhrum edib. Lakin onun yaşı az olduğu üçün cəzası 10 aya endirilib və hökmün elanı təxirə salınıb. Bundan sonra Ayşe 3 il nəzarətdə saxlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə