Tarkan etirazçılara dəstək oldu

Martın 24-də türkiyəli müğənni və bəstəkar Tarkan ölkədə etirazçılara dəstək olduğunu bildirib. SİA xəbər verir ki, müğənni X səhifəsində etirazçıların tələblərinə qoşularaq, dinc aksiyalarda küçələrə çıxanlarla həmrəy olduğunu bildirib. Tarkan açıqlamasında fikir bildirmək və demokratik dəyərlər uğrunda mübarizə aparmaq üçün vətəndaş etirazının vacibliyini qeyd edib. O, həmçinin vurğulayıb ki, bu cür aksiyalar cəmiyyətin inkişafının mühüm tərkib hissəsidir, tərəqqiyə təkan verir və bütün vətəndaşların hüquqlarına hörmət edir. Müğənni əlavə edib ki, insanlar öz hüquq və azadlıqları uğrunda mübarizə apararkən kənarda dayana bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə