Amerikanın “Migos” qrupunun ulduzu, amerikalı reper Ofset onun Moskva Kremlinə qastrol səfəri təşkil edilməsini xahiş edib.
SİA xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Musiqiçi bildirib ki, Kremli çox gözəl hesab etdiyi üçün həmişə onu ziyarət etmək arzusunda olub.
Ekskursiya reperin təşkilatçılar qarşısında qoyduğu tələblərdən birinə çevrilib.
Ofset həm də Qırmızı Meydan mənzərəsi olan otel otağına köçmək və paytaxt ətrafında yalnız Rolls-Royce ilə səyahət etmək istəyir.
Qeyd edək ki, "Ofset"in Moskvadakı çıxışı apreldə baş tutacaq. Bildirilir ki, reper konsert üçün təxminən 500 min dollar (40 milyon rubldan çox) alacaq. Musiqiçinin soyunub-geyinmə otağına çatdırılması üçün külli miqdarda rus qarğıdalı qabığını istədiyi də məlum olub..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə