Şəkidə 4 otaqlı ev yanıb külə döndü

Axşam saatlarında Şəkinin Salman Mümtaz küçəsində yaşayış evində yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, yanğın hadisəsi 67 yaşlı şəhər sakini Şahid Nəsirova məxsus evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğından bitişik qonşu evlər mühafizə olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə