Nura dələduzlardan danışdı

Müğənni Nura Suri restoranlardan şikayətini dilə gətirib. SİA xəbər verir ki, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib. O, getdiyi məkanlarda rastlaşdığı dələduzluq hallarından danışıb: "Restoran rəhbərləri və ya müğənnini məkana dəvət edən art direktorlar danışıb onun reklamını müğənninin sosial media səhifələrində paylaşdırırlar. Amma müğənninin həmin məkanda çıxışının olacağı gündən bir gün əvvəl imtina edərək, müştərinin olmadığını bildirirlər. Halbuki görürsən, zal dolu olur. Bu hadisə bir neçə məşhur müğənnin başına gəlib. Diqqətli olun, behi əvvəldən alın” deyə Nura həmkarlarına səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə