Məşhur aktrisa Hande Erçel ilə sevgilisi Hakan Sabancı arasındakı soyuq münasibətlər maqazin gündəminin diqqətindən kənar qalmayıb. SİA xəbər verir ki, aktrisanın təkbaşına Paris moda həftəsinə qatılması ikili arasında ayrılıq dedi-qodularına səbəb olub. İddiaların ardından Erçeldən yeni açıqlama gecikməyib. Paris Moda həftəsindən qayıdarkən İstanbul hava limanında kameralara tuş gələn aktrisa sevgilisi Hakan Sabancının yanında olmaması ilə bağlı bunları deyib: "İşə getdiyim üçün Hakan yanımda deyildi. O, adətən iş səyahətlərimdə mənimlə gəlmir, daha çox bayramlarda bir yerdə oluruq".
Bütün xəbərlər Facebook səhifəmizdə