Xalq artisti İlqar Muradov efirdə kövrəlib. SİA xəbər verir ki, sənətçi "Gün ortası" verilişində nəvələrindən danışarkən göz yaşlarına hakim ola bilməyib:
"Vaxt nə qədər amansızdır. Mənim 68 yaşım olacaq. Sanki o 60 il bir anda, göz qırpımında keçib gedib. Bir şairin gözəl sözü var, mənim mahnımda da keçir: "Mənim illərim...". İnsan yaşa dolduqca ucalır. Hər yaş dövrünün öz gözəlliyi var. Təki insanlar sağlam olsun. Nə yaxşı ki, musiqi ilə məşğul olmuşam. Musiqi mənə böyük bir var-dövlət gətirib. Elə bir var-dövlət ki, onu heç kim əvəz edə bilməz. O var-dövlət insanların sevgisidir. Özümü ən xoşbəxt insanlardan sayıram. Əgər ikinci dəfə həyata gəlsəydim, yenə musiqiçi olardım. Bu yaşda nəvələrimdən böyük sevgi gəlir. Onlardan yaşamağa istək, məhəbbət yaranır. Onların xoşbəxt həyatlarını görmək istəyirsən. Kövrəlmək sevgidən irəli gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə