“Forbes” ilin ən çox qazanan aktyorlarının adını açıqlayıb...

Lider 88 milyon dollar qazanıb

...”Forbes” jurnalı 2024-cü ilin ən çox qazanan aktyorlarının siyahısını hazırlayıb. O, agentlərin, menecerlərin və hüquqşünasların məlumatlarına, həmçinin IMDbPro və oxşar mənbələrdən alınan məlumatlara əsaslanır.

SİA-nın məlumatına görə, kino işi ilə bağlı olmayan qazanclar hesablamalara daxil edilməyib.

Dueyn Conson qazanc baxımından birinci yeri tutub, o, artıq 2020-ci ildən reytinqə başçılıq edir.

Belə ki, il ərzində o, 88 milyon dollara yaxın pul qazanıb.

Rayan Reynolds və Kevin Hart da ilk üçlüyə daxil olublar. Ən çox maaş alan aktrisa isə ümumi reytinqdə 9-cu yeri tutan Nikol Kidman olub.

Aktrisa 2024-cü ildə 31 milyon dollar qazanıb.

2024-cü ilin ən çox maaş alan aktyorları:

-Dueyn Conson - 88 milyon dollar

-Rayan Reynolds - 85 milyon dollar

-Kevin Hart - 81 milyon dollar

-Cerri Seynfeld - 60 milyon dollar

-Hyu Cekman - 50 milyon dollar

-Bred Pitt - 32 milyon dollar

-Corc Kluni - 31 milyon dollar

-Nikol Kidman - 31 milyon dollar

-Adam Sandler - 26 milyon dollar

-Uill Smith - 26 milyon dollar

-Mariska Hargitay - 25 milyon dollar

-Çenninq Tatum - 24 milyon dollar

-Ceyson Statham - 24 milyon dollar

-Mark Uolberq - 23 milyon dollar

-Mett Damon - 23 milyon dollar

-Con Cena - 23 milyon dollar

-Denzel Vaşinqton - 23 milyon dollar

-Ceyk Gillenxol - 22 milyon dollar

-Skarlett Yoxnsson - 21 milyon dollar.

-Xoakin Feniks - 19 milyon dollar

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə