Sevilən ifaçı Ayaz Qasımova yüksək vəzifə verilib. SİA xəbər verir ki, bu haqda müğənni "Qonaqcanlı" verilişində deyib. Onun sözlərinə görə sənətçi, ali təhsil ocağında Estrada Musiqisi fakultəsinə rəhbərlik edəcək: "Mənə belə bir təklif gəlib. Qarabağ Universitetində Estrada Musiqisi fakultəsinə rəhbərlik etməyimi istədilər. Mən də qəbul etdim. Azad olunmuş torpaqlar gündən-günə çiçəklənir. İnşallah tezliklə rəsmiləşəndən sonra bu barədə hər kəs biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə