Maykl Ceksonun yayımlanmamış mahnıları hərraca çıxır

Maykl Ceksonun əmlakına nəzarət edən şirkətlə, müğənninin yayımlanmamış musiqisini satmağı planlaşdıran hərrac evi arasında mübahisə yaranıb. SİA xəbər verir ki, onlar hərrac fikrini "ictimaiyyəti çaşdırmaq üçün uğursuz cəhd" adlandırıblar.

Qeyd edək ki, hərrac evi, pop ikonunun 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində "Dangerous" albomundan əvvəl yazdırdığı, hər birində 12 yayımlanmamış trekdən ibarət iki kaseti satışa çıxardıb. Hərracın açılış qiyməti 85 000 dollardır. "Gotta Have Rock and Roll” adlanan kasetlərin 150-200 min dollar arasında satılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə