Məşhur türkiyəli aktyor Tolqa Sarıtaş yol qəzası keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Aktyorun şəxsi maşını ilə çəkiliş meydançasına gedərkən qəzaya düşdüyü bildirilir. Məlumata görə, Tolqa qəzada yüngül xəsarətlər alıb, vəziyyəti normaldır. Maşınına isə ciddi ziyan dəyib.
Qeyd edək ki, Tolqa Sarıtaş bir çox kino və seriallarda rol alıb. “Güneşin Kızları”, “Kötü Çocuk”, “Söz”, “Arıza” kimi layihələrdə rol alıb. O hazırda “Teşkilat” serialına çəkilir.
Bütün xəbərlər Facebook səhifəmizdə