Kıvanç və ailəsini təhdid edən şəxsə hökm oxundu

Başak Dizer və Kıvanç Tatlıtuğ cütlüyünü təhdid edən şəxsin məhkəməsi başa çatıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyü ölümlə hədələyən S.A adlı şəxsin cəzası bəlli olub. O, təhdid və ölümlə hədələmə ittihamı ilə 9 ay həbs cəzası ilə yanaşı 13 min 500 lirə (632 manat) pul cəzası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə