Türkiyəli aktrisalar Devrim Özkan və Bige Önal təhlükə ilə üzləşiblər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Her şey yolunda” filminin çəkilişləri üçün İstanbuldan Bodruma uçan aktrisalar təyyarədə qorxulu anlar yaşayıb. Belə ki, “Boeing 737” təyyarəsini havaya qalxdıqdan sonra ildırım vurub. Məlumata görə, pilotlar vəziyyəti nəzarətə götürüb və təyyarə təhlükəsiz şəkildə Sabiha Gökçen hava limanına qayıdıb. Sərnişinlərin qorxu və çaxnaşma yaşadığı, Devrim və Bigenin də vəziyyətinin yaxşığı olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə