"Qızım hər dəfə otağın işığını yanıq görəndə elə bilir atası gəlib". SİA xəbər verir ki, bu sözləri "5 üz" verilişinin final buraxılışında aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva deyib. 2 yaşından atasız böyüyən Nigar qızının da onunla eyni taleni yaşamasından hər zaman qorxduğunu deyib: "Mən özüm də iki yaşımdan atasız qalmışam. Həmişə də qorxurdum ki, qızım da mənimlə eyni həyatı yaşayar. Ona görə də Azərə deyirdim ki, sən özünə yaxşı baxmalısan. O da deyirdi bilirəm. Amma həmişə fikirə gedirdi bu söhbət olanda. İlk dəfə bayramı ayrı keçirtməyə məcbur olduq, çunki biz övladımla virusa yoluxmuşduq. Hər gün səsli danışırdıq. İndi də telefondan səs gələndə qızım elə bilir ki, Azəri yığıram. Otağın işığı yananda, elə bilir Azər gəlib. Evdən kişi səsi gəlsə, gözü Azəri axtarır".
Qeyd edək ki, verilişinin finalında gözlənilməz an yaşanıb. Verilişin aparıcısı Elşən Orucov proqramında uduşa qoyulan maşını Azərin dostlarının adından onun qızına bağışladıqlarını deyib. Elşən proqramın yayımı bitdikdən sonra maşını dostları ilə birlikdə Azərin evinə aparıb və onun ailəsinə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə