İbrahim Tatlısesə cinayət işi açıldı

Türkiyəli müğənni İbrahim Tatlısəs barəsində cinayət işi başlanıb. SİATürkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işi müğənninin keçmiş meneceri Şule Yazarın şikayətinə əsasən açılıb.

Belə ki, menecer sənətçinin onu təhdid etməsi, mobbinq (bir və ya bir qrup insanın başqasına və ya başqa bir qrupa qarşı sosial zorakılığıdır - red.) və psixoloji zorakılıq tətbiq etməsi ilə bağlı İzmir Respublika Baş Prokurorluğuna müraciət edib. Ş. Yazar məsələ ilə bağlı açıqlama verib: “Hələ hamilə olduğum dönəmlərdə mənimlə daim qəzəbli, kobud danışırdı, təhdid edirdi. Bəlkə də əsəbiləşib deyirdi. Ancaq o təhdidlərin bir gün həyata keçməyəcəyinin qarantiyasını heç kim verə bilməz. Buna görə də vəkilimlə birlikdə dəlillər əsasında cinayət işi qaldırdıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə