Verdiyi konsertlərdə tez-tez Azərbaycan mahnılarına yer verən özbəkistanlı müğənni Alişer Nazarov bu dəfə də ənənəsinə sadiq qalıb. SİA xəbər verir ki, o bu dəfə Xalq artisti Eyyub Yaqubovun repertuarına müraciət edib. Sənətçi bu dəfə sözləri Orxan Mürvətliyə, musiqisi isə Vüqar Mirzəyevə məxsus "Əzizim" mahnısını oxuyub. Müğənninin ifası sosial şəbəkədə maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə