Onun xəstəliyinə iki il əvvəl diaqnoz qoyulub, bu xəstəlik irəliləməkdə davam edir və aktyorun həyat keyfiyyətini pisləşdirir.
SİA-nın məlumatına görə, Brüs Uillisin qızı Tallulah atasının artıq danışa bilmədiyini açıqlayıb.
Aktyorda 2023-cü ildə frontotemporal demensiya diaqnozu qoyulub və xəstəlik irəliləməkdə davam edir.
Uillisin ailəsini tanımağı dayandırdığı, məkan koordinasiyasının pisləşdiyi və nitqi başa düşməkdə çətinlik çəkdiyi, küçə səfərlərinin nadir və planlı hala gəldiyi daha əvvəl bildirilmişdi.
Aktyor sonuncu dəfə yanvar ayında Los-Anceles yanğınsöndürənləri ilə görüşüb və onlara xidmətlərinə görə təşəkkür edib.
Keçən ilin sonunda isə Uillisin həyat yoldaşı Emma Heminq ona qolf oynadığını və restoranda dincəldiyini göstərmişdi. Brüs Uillisə ailəsi - üç qızı, həyat yoldaşı Emma Heminq və keçmiş həyat yoldaşı Demi Mur dəstək verməyə davam edirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə