Məşhur cütlük boşanır? - FOTOLAR

Türkiyəli məşhur cütlük Anıl Altan və Pelin Akilın ayrıldığı iddia olunur. SİA xəbər verir ki, bu barədə “Posta gazatesi” məlumat yayıb. Nəşr cütlüyün bir müddətdir bir yerdə görünmədiyini, birgə fotolarını paylaşmadığını, tədbirlərə tək qatıldığını bildirir. Qeyd edək ki, Pelin Akil 2016-cı ildə həmkarı Anıl Altan ilə ailə qurub. Cütlüyün Alin və Lina adlı əkiz qız övladları var. Xatırladaq ki, P. Akil sonuncu dəfə “Yalı çapkını” serialında “Diyar” obrazına həyat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə