Azərin ölümündən sonra ilk dəfə toplaşdılar

Aktyorlar Elşən Orucov, İlkin Həsəni, Nicat Rəhimov və Ramil Babayev bir araya gəlib. SİA xəbər verir ki, onlar dostları və həmkarları Azər Baxşəliyevin ölümündən sonra ilk dəfə toplaşıb. Görüntünü E. Orucov “Bircə sən yoxsan…” şərhi ilə şəxsi hesabında paylaşıb.

Xatırladaq ki, Azər Baxşəliyev yanvarın 5-də vəfat edib. Mərhum uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. A.Baxşəliyev daha çox “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə sevilib.

Bütün xəbərlər Facebook səhifəmizdə